Köməkçi-məşqçi olmağa razılıq verdi - Miroslav Kloze
15.04.2020 - 16:48
Köməkçi-məşqçi olmağa razılıq verdi - Miroslav Kloze

"Bavariya"nın məşqçilər korpusuna yeni mütəxəssis cəlb ediləcək.

Apasport.az saytının məlumatına görə, komandanın sabiq hücumçusu Miroslav Kloze gələn mövsümdən məşqçi kimi Münhen klubuna xidmət edəcək.

Hazırda "Bavariya"nın U-17 komandasına rəhbərlik edən Kloze əsas kollektivdə köməkçi-məşqçi vəzifəsinə təklifi müsbət cavablandırıb. 41 yaşlı mütəxəssis gələn mövsümdən baş məşqçi Hans-Diter Flikin köməkçisi olacaq. İndi yalnız idman direktoru Hasan Salihamidziçlə görüşmək və müqaviləni təsdiqləmək qalıb.

Qeyd edək ki, Miroslav Kloze 2007-2011-ci illərdə "Bavariya"nın formasını geyinib.