Koronavirus aşkarlandı - azərbaycanlı futbolçunun komandasında
15.07.2020 - 17:32
Rusiya klubu "Ufa"nın iki futbolçusunda koronavirus aşkarlanıb.
Apasport.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin Qəyyumlar Şurasının sədri Rostislav Murzaqulov məlumat verib.
O bildirib ki, koronavirus testinin nəticəsi iki oyunçuda pozitiv olub. Lakin həmin şəxslərin adları açıqlanmayıb. Ancaq o, komandanın təmassız məşq keçdiyini və bu üzdən karantinə göndərilməyəcəyini söyləyib. Komanda iyulun 12-də Moskvada "Lokomotiv"lə (1:1) qarşılaşıb.
Qeyd edək ki, azərbaycanlı futbolçu Azər Əliyev hazırda "Ufa"da oynayır.
0
0