Koutinyonu göndərir – Obameyanqa görə
17.08.2021 - 12:11
Koutinyonu göndərir – Obameyanqa görə

İspaniyanın “Barselona” klubu Pyer-Emerik Obameyanqın transferi üçün Filipe Koutinyo ilə vidalaşmağa hazırdır.

Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisi qabonlu forvardın müqavilə ilə məxsus olduğu İngiltərə “Arsenal”ı ilə danışıqlara start verəcək.

Barselonalılar London klubuna Obameyanqla Koutinyonu dəyişməyi təklif edəcək. Afrikalı forvard ispaniyalıların hücum xəttini gücləndirməlidir.

Qeyd edək ki, Obameyanq ötən mövsümün 29 oyununda 10 qol vurub.