Koutinyoya üç müştəri
25.12.2019 - 22:39
Koutinyoya üç müştəri

Braziliya millisinin futbolçusu Filippe Koutinyo karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, müqavilə ilə İspaniyanın “Barselona” klubuna məxsus olan, icarə əsasında Almaniya “Bavariya”sında çıxış edən legioneri Premyer Liqanın üç klubu heyətinə qatmaq istəyir.

Bunlar London təmsilçiləri “Çelsi” və “Tottenhem”, həmçinin “Mançester Yunayted”dir. İngiltərəlilər 27 yaşlı futbolçunu 2020-ci ilin yayında transfer etmək niyyətindədirlər.

Qeyd edək ki, 2020-ci ilin iyununa qədər icarədə olacaq F.Koutinyo Bundesliqada keçirdiyi 15 matçda 5 qol vurub.
 

0
Filippe Koutinyo Tottenhem