Azərbaycan kubokunun bombardirlər siyahısında dəyişiklik olub.
Apasport.az saytının məlumatına görə, “Sabah”ın futbolçusu Coy-Lens Mikels vahid liderliyi ələ alıb.
29 yaşlı almaniyalı yarımmüdafiəçi turnirdəki qol sayını 3-ə çatdırıb. Mikels 1/4 finalın “Neftçi” ilə səfərdəki ilk görüşündə fərqlənib – 1:1.
1/8 finalın “Kəpəz”lə matçında (3:0) dubl müəllifi olan legioner kubokun bombardirliyinə yüksəlib. O, özü kimi 2 qol vuran Mirsahib Abbasovu arxada qoyub. “Səbail”in futbolçusu bu gün “Zirə” ilə görüşdə qol sayını artıra bilər.
Qeyd edək ki, kubokda qol sevinci yaşayan digər oyunçular hərəyə 1 dəfə fərqlənib.