Kurtua karyerasını nə vaxt bitirəcək?
02.02.2022 - 15:46
Kurtua karyerasını nə vaxt bitirəcək?

“Real”ın qapıçısı Tibo Kurtua karyerasını bitirəcəyi vaxtı açıqlayıb.

Apasport.az saytının məlumatına görə, belçikalı qolkiper hələ böyük uğurlar qazanmaq iddiasındadır.

30 yaşlı əlcək sahibi qarşıdakı 8 ildə çatışmayan nailiyyətləri qazanmaq istədiyini gizlətməyib. O, gələcəklə bağlı planlarından da danışıb: “Hələ qarşıda çox illər var. Karyeramı bitirəndən sonra nə edəcəyim barədə hələ düşünməmişəm. Hələ Çempionlar Liqasını qazanmamışam, yığma ilə dünya və Avropa çempionatının qalibi olmamışam. Bəlkə də nə vaxtsa məşqçi, idman direktoru və ya buna yaxın nə isə olacağam. Dəqiq ideyalarım yoxdur. Bəzi şirkətlərə investisiya yatırmışam. Hesab edirəm ki, onlar da böyüyə bilər. Amma özüm futbol barədə düşünürəm. 43 yaşı olan Buffon və ona yaxın yaşda olanlar var. Çətin ki, mən bu qədər uzun müddət duruş gətirim. Nə qədər müddət həzz alıramsa, bədənim dözürsə, o qədər davam edəcəyəm. Həmişə hesab etmişəm ki, təxminən 38 yaşında karyeramı bitirəcəyəm. Özümü necə hiss etməyimdən, variantlardan və sağlamlığımdan asılı olaraq bir il artıq və ya əskik ola bilər”.

Qeyd edək ki, 2011-ci ildən Belçika yığmasının qapıçısı olan Tibo 2018-ci ildən “Real”ın formasını geyinir.