Kurzava PSJ-də qalır – 4 illik müqavilə
26.06.2020 - 10:44
Fransanın PSJ klubunun futbolçusu Layven Kurzavanın gələcək karyerasına aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, 27 yaşlı cinah müdafiəçisi Liqa1 təmsilçisi ilə yeni müqavilə imzalayacaq.
Tərəflər 4 illik anlaşma barədə razılıq əldə edib. İyunun 30-da müqaviləsi başa çatdığı üçün azad agent statusu alacaq futbolçu bir sıra klubların maraq dairəsində olsa da, Kurzava Parisdə qalmağa üstünlük verib.
Qeyd edək ki, Layven 2019/20 mövsümündə PSJ-nin heyətində bütün turnirlərdə ümumilikdə 23 oyun keçirib və 1 qol vurub.
0
0