Kütləvi dava düşən oyunda 8 qırmızı vərəqə göstərildi
07.10.2019 - 09:29
Kütləvi dava düşən oyunda 8 qırmızı vərəqə göstərildi

Futbol üzrə Qvatemala çempionatında kütləvi dava olub.

APA-nın məlumatına görə, “Şelaxu” və “Munisipal” komandaları arasında görüşdə baş verənlər 8 qırmızı vərəqə alması ilə nəticələnib.

Matçın baş hakimi 6 futbolçu və 2 baş məşqçini qovmağa məcbur olub. “Şelaxu”nun dörd, “Munisipal”ın iki  oyunçusu meydanı tərk edib.

Bu dava iki oyunçu arasında başlayan mübahisədən sonra başlayıb. Meydandakı bütün futbolçular bu davaya qoşulublar. Görüş “Munisipal”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.