La Liqa klubu ilə anlaşdı - Rakitiç
28.08.2020 - 17:01
La Liqa klubu ilə anlaşdı - Rakitiç

İspaniyanın “Barselona” klubunun futbolçusu İvan Rakitiç keçmiş komandası “Sevilya”ya qayıtmağa hazırlaşır.

Apasport.az saytının məlumatına görə, xorvatiyalı yarımmüdafiəçinin La Liqa təmsilçisi ilə danışıqları uğurlu yekunlaşıb.

Kataloniya klubunun transferə çıxardığı 32 yaşlı oyunçu “Sevilya” ilə 3 və ya 4 illik müqavilə bağlayacaq. O, hətta “Barselona”dakı maaşının 50 faizindən azına da razılıq verib. “Barsa”da illik məvacibi 8 milyon avro olan Rakitiçin “Sevilya”dakı qazancı 3,7 milyon avro təşkil edəcək. İndi yalnız klublar arasında razılığın əldə olunması qalıb.

Qeyd edək ki, İvan Rakitiç 2011-2014-cü illərdə “Sevilya”nın formasını geyinib. Onun “Barselona” ilə müqavilə müddəti 2021-ci ilin yayına qədərdir.