La Liqada debüt etdi, karyerasını bitirdi – 41 yaşında
06.10.2020 - 00:09
İspaniya klubu “Kadis”in qapıçısı Alberto Kifuentes maraqlı addımla diqqət mərkəzinə düşüb.
Apasport.az saytının məlumatına görə, 41 yaşlı qolkiper mövsümün startında karyerasını bitirmək qərarına gəlib.
2015-ci ildən “Kadis”in formasını geyinən Kifuentes sentyabrın 20-də “Ueska”nı 2:0 hesabı ilə məğlub etdikləri qarşılaşmada La Liqada debüt edib. Bir həftə əvvəl isə “Sevilya” ilə matçda (1:3) qolkiper çərçivəni qoruyub.
Qeyd edək ki, Alberto Kifuentes peşəkar futbola 1998-ci ildə “Albasete”nin heyətində başlayıb.
0
0