Lemparda təklif – Premyer Liqa klubundan
13.05.2021 - 12:04
Əfsanəvi ingiltərəli futbolçu Frenk Lempard tezliklə baş məşqçi kimi fəaliyyətini bərpa edə bilər.
Apasport.az saytının məlumatına görə, gənc mütəxəssisin “Kristal Pelas”ın sükanı arxasına keçmə ehtimalı var.
Premyer Liqa təmsilçisi hazırkı çalışdırıcısı Roy Hocsonla mövsümün sonunda yeni müqavilə imzalamağı planlaşdırmır. Bu posta əsas namizəd isə Lemparddır. 2019-cu ilin yayından bu ilin yanvarına qədər “Çelsi”yə rəhbərlik edən 42 yaşlı mütəxəssis “Kristal Pelas” rəhbərliyi ilə danışıq aparır.
Qeyd edək ki, “Kristal Pelas” hazırda 41 xalla Premyer Liqada 13-cü pillədə qərarlaşır.
0
0