PSJ-nin idman direktoru Leonardo hücumçu Kilian Mbappenin durumuna aydınlıq gətirib.
Apasport.az saytının məlumatına görə, braziliyalı futbol funksioneri gənc forvardla müqavilənin uzadılması ehtimalını dəyərləndirib.
O, Fransa millisinin üzvü ilə danışıqların davam etdiyini söyləyib: “PSJ-nin Mbappeyə illik 50 milyon avroluq müqavilə təklif etməsi xəbəri doğru deyil. Biz konkret təklif göndərməmişik. Kilianın ən yaxşı oyunçu olması üçün ən yaxşı şəraiti yaratmaq istəyirik. Qərarın “Real”la oyunun nəticəsindən asılı olacağını düşünmürəm. Mbappe burada sevilir, pərəstiş edilir. Kilianla müqaviləni uzatmaq şansımız var. Onu komandada saxlamaq üçün hər şeyi edəcəyik”.
Qeyd edək ki, 23 yaşlı oyunçunun PSJ ilə sözləşməsi mövsümün sonuna qədərdir. O, ya yeni müqavilə bağlayacaq, ya da “Real”a keçəcək.