Levandovski “Bavariya”ya vaxt qoydu
17.03.2022 - 00:37
“Bavariya”nın hücumçusu Robert Levandovski klub rəhbərliyinə xəbərdarlıq edib.
Apasport.az saytının məlumatına görə, polşalı forvard Münhen təmsilçisindən yeni müqavilə təklifi gözləyir.
34 yaşlı oyunçu kluba mövsümün sonuna qədər vaxt qoyub. Bundesliqa çempionu yaya qədər ona qane edəcək şəkildə yeni müqavilə təklifi etməsə, forvard mövsümün sonunda komandasını dəyişəcək. Ulduz futbolçu artıq digər təklifləri də nəzərdən keçirməyə başlayıb.
Qeyd edək ki, Robert Levandovskinin “Bavariya” ilə müqavilə müddəti gələn ilin sonuna qədərdir.
0
0