Luçecku “Dinamo”dan gedir – postunda 4 gün qaldı
27.07.2020 - 17:47
Luçecku “Dinamo”dan gedir – postunda 4 gün qaldı

Kiyev “Dinamo”sunun baş məşqçisi Mirça Luçesku vəzifəsindən ayrılır.

Apasport.az saytının məlumatına görə, bunu rumıniyalı mütəxəssisin özü açıqlayıb.

O bildirib ki, “Dinamo” azarkeşlərinin düşmən münasibəti üzündən postundan ayrılacaq.

Qeyd edək ki, Luçesku cəmi 4 gün əvvəl “Dinamo” ilə müqavilə imzalayıb.