Lyakazett də “Arsenal”ı tərk edir
03.02.2022 - 00:34
“Arsenal” daha bir aparıcı hücumçusu ilə yollarını ayırmağa yaxındır.
Apasport.az saytının məlumatına görə, “Barselona”ya keçən Pyerr-Emerik Obameyanqdan sonra Aleksand Lyakazett də komandadan ayrılmaq fikrinə düşüb.
31 yaşlı forvardın mövsümün sonunda doğma komandası “Lion”a qayıtması gözlənilir. Fransa klubunun prezidenti Jan-Mişel Olas da bunu təkzib etməyib: “İyunda Lyakazetti geri qaytarmaq üçün əlimizdən gələni edəcəyik. Onunla daim əlaqə saxlayırıq”.
Qeyd edək ki, Aleksandr Lyakazett Lakazett 2017-ci ildə 53 milyon avroya məhz “Lion”dan “Arsenal”a keçib.
0
0