MOİK-dən imtina etdi, “Qalatasaray”la danışıq aparır
06.03.2022 - 00:23
MOİK-dən imtina etdi, “Qalatasaray”la danışıq aparır

“Lill”in yarımmüdafiəçisi Xeka Moskva MOİK-inə keçməkdən imtina edib.

Apasport.az saytının məlumatına görə, Rusiya klubu ilə ilkin müqavilə imzalayan portuqaliyalı oyunçu fikrini dəyişib.

Anlaşmaya əsasən, 28 yaşlı orta sahə oyunçusu mövsümün sonunda MOİK-ə qoşulmalı idi. Lakin Rusiya ilə Ukrayna arasında yaşanan münaqişə səbəbindən o, qərarından vaz keçib. Xekanın meneceri hazırda “Qalatasaray”la danışıq aparır. Futbolçunun meneceri Türkiyə klubundan 5 milyon avro imza pulu və illik 2,7 milyon avro maaş tələb edib.

Qeyd edək ki, “Lill” ilə müqavilə müddəti mövsümün sonuna qədər olan Xeka yayda azad agent statusu daşıyacaq.
 

0