Vətən müharibəsinin iştirakçısı olmuş Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinin rəhbəri Mahal Məmmədovla bu gün AFFA-nın inzibati binasında görüş keçirilib.
Apasport.az saytının məlumatına görə, icraçı vitse-prezident Elxan Məmmədov qurum rəsmisi ilə görüşüb.
İcraçı vitse-prezident Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunması münasibətilə Mahal Məmmədovu bir daha təbrik edib.
Qeyd edək ki, ötən il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi rəşadətli Azərbaycan ordusunun parlaq qələbəsi ilə yekunlaşıb.