Mandzukiç Avropaya qayıdır? - Türkiyədən təklif
13.06.2020 - 11:45
Xorvatiyalı hücumçu Mario Mandzukiç yenidən Avropaya qayıda bilər.
Apasport.az saytının məlumatına görə, ulduz futbolçunun Türkiyədə oynamaq variantı ortaya çıxıb.
Qətərin "Əl-Duhail" klubunda çıxış edən 34 yaşlı forvard "Fənərbaxça"nın maraq dairəsindədir. İstanbul təmsilçisi Mandzukiçin yüksək məbləğdə maaş tələbini qarşılamağa hazırdır. Qətərə uyğunlaşmaqda çətinlik çəkən hücumçu bu keçidin əleyhinə deyil.
Qeyd edək ki, Mario Mandzukiç "Əl-Duhail"ə bu ilin yanvarında "Yuventus"dan keçib.
0
0