Mark-Andre ter Ştegenin taleyinə aydınlıq gəldi – “Barselona”da
06.08.2020 - 10:12
“Barselona” qapıçısı Mark-Andre ter Ştegenlə danışıqları müsbət yekunlaşdırıb.
Apasport.az saytının məlumatına görə, İspaniya təmsilçisi 28 yaşlı qolkiperi ilə yeni razılıq əldə edib.
Danışıqların yekununa əsasən, Ştegen maaşı artmaq şərti ilə 5 illik müqaviləyə imza atacaq.
Qeyd edək ki, ter Ştegenin “Barselona” ilə hazırkı sözləşmə müddəti 2022-ci ilin yayına qədərdir. O, bu komandaya 2014-cü ildə Mönhenqladbax "Borussiya"sından keçib.
0
0