Marselo “Real”dan gedir – MLS-ə
18.10.2020 - 12:51
İspaniyanın “Real” klubunun futbolçusu Marselo karyerasını Şimali Amerikada davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, braziliyalı müdafiəçi MLS-də oynamaq niyyətindədir.
32 yaşlı futbolçu müqaviləsinin başa çatmasını gözləmək fikrində deyil. O, artıq bu qış komandasını dəyişməyi planlaşdırır.
Qeyd edək ki, cari mövsüm La Liqada 2 oyun keçirən Marselonun müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.
0
0