Marseloya təklif göndərir – “Monako”
19.01.2021 - 15:57
Marseloya təklif göndərir – “Monako”

İspaniya “Real”ının futbolçusu Marselo karyerasını Fransa Liqa1-də davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, “Monako” braziliyalı müdafiəçini heyətinə qatmaq istəyir.

“Knyazlıq klubu” cənubi amerikalıya 3 illik müqavilə təklif etməyi planlaşdırır. 33 yaşlı müdafiəçi “Monako”ya keçsə, maaşının azalmasına razı olmalıdır. 

Marselo “Real”da ilə 9 milyon avro qazanır. Monakolular isə yalnız 6 milyon ödəməyə hazırdır. Lakin müqavilənin uzunmüddətli olması braziliyalını qazancın azlığı ilə də kifayətlənməyə sövq edir.

Qeyd edək ki, Marselo cari mövsüm “Real”da cəmi 7 oyun keçirib.