Marseloya iki əvəzləyici
28.03.2022 - 22:10
Marseloya iki əvəzləyici

“Real” müqaviləsi yayda başa çatacaq Marseloya əvəzləyici almağa böyük vəsait xərcləməyəcək.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı klub rəhbərliyi verib.

İspaniya nəhəngi 33 yaşlı braziliyalıya iki əvəzləyicinin namizədliyini nəzərdən keçirir. Bunlardan biri 20 yaşlı Mikel Qutyerresə daha çox güvənilməsidir. Lakin məşqçilər korpusu müdafiəçiyə şübhə ilə yanaşır.

“Rayo Valyekano”dan Fran Qarsiyanın da alınması mümkündür. 22 yaşlı ispaniyalının transfer hüququnun 50 faizi “Real”a məxsus olduğundan onun üçün cəmi 5 milyon avro ödənilməlidir.