Martines və Lukaku rəqib oldu – Avropa Liqasında
18.08.2020 - 09:23
Avropa Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb.
Apasport.az saytının məlumatına görə, UEFA yarımfinal matçlarından sonra 4 futbolçunu ən yaxşı adına namizəd seçib.
Bunlar “İnter”in hücumçuları Romelu Lukaku, Lutaro Martines, “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandeş və “Sevilya”nın qapıçısı Yassin Bunudur. Bu futbolçulardan Fernandeşin komandası mübarizəni dayandırıb.
Qeyd edək ki, Avropa Liqasında “Sevilya” və “İnter” finala vəsiqə qazanıb. Bu komandalar arasında görüş avqustun 21-də keçiriləcək.
0
0