Mendi ilə bağlı növbəti ittiham – bu dəfə zorlamaya cəhd
03.02.2022 - 00:01
Mendi ilə bağlı növbəti ittiham – bu dəfə zorlamaya cəhd

“Mançester Siti”nin müdafiəçisi Benjamin Mendi zorlamaya cəhddə ittiham olunub.

Apasport.az saytının məlumatına görə, 27 yaşlı futbolçunun işi üzrə bu gün keçirilən ilkin dinləmə zamanı ona qarşı ittihamların sayı artıb.

Daha bir qadın Mendini zorlama cəhdində ittiham edib. Bundan əvvəl o, dörd qadına qarşı yeddi zorlama, həmçinin beşinci qadına qarşı cinsi təcavüzdə ittiham olunurdu.

Fransalı 134 gün həbsdə qaldıqdan sonra yanvarın 7-də zaminə buraxılıb. Martın 11-də Mendinin işi üzrə növbəti hazırlıq iclası olacaq. Məhkəmə iyulun 25-də başlayacaq və bu proses 6 həftə çəkə bilər.