Messi məşqlərə qoşuldu - sarğıda
11.08.2020 - 22:20
"Barselona"nın kapitanı Lionel Messi kollektiv məşqlərə qoşulub.
Apasport.az saytının məlumatına görə, argentinalı superulduz Çempionlar Liqasının 1/4 final mərhələsində "Bavariya" ilə qarşılaşmada meydana çıxa biləcək.
Diqqət çəkən məqam 33 yaşlı oyunçunun məşqə sarğı ilə çıxması olub. O, 1/8 final mərhələsində "Napoli" ilə görüşdə (3:1) xəsarət alan sol ayağını sarıyıb.
Qeyd edək ki, "Barselona" - "Bavariya" oyunu avqustun 14-də Lissabonun "Da Luş" stadionunda keçiriləcək.
0
0