ABŞ-da forması ən çox satılan futbolçuların adları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Argentina millisinin və İspaniyanın “Barselona” klubunun kapitanı Lionel Messi bu baxımdan zirvədədir.
Ulduz futbolçunun adı yazılan forma ölkədə satılma sayına görə ilk pillədədir. İkinci yerdə İngiltərənin “Çelsi” klubunda çıxış edən amerikalı Kristian Puluşiç qərarlaşıb. İlk “üçlüy”ü İtaliyanın "Yuventus" klubunun və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldo qapayıb.
İlk “beşliy”in digər sakinləri fransalı Kilian Mbappe (PSJ, Fransa) və ingiltərəli Markus Reşforddur (“Mançester Yunayted”, İngiltərə).
- “Qarabağ”ın sabiq futbolçusu Şotlandiyada ayın yaxşısı seçildi
- Çağlar Söyüncünün yeni klubu bəlli oldu – “Çorum”la razılaşdı
- “Başakşehir” – “Qalatasaray” matçına avstriyalı VAR hakimi
- “Fənərbaxça”dan müdafiəyə yeni həmlə – Adil Demirbağ üçün rəsmi təklif
- “Roma” Ostervolde "dəftərini bağlamayıb" – Yanvarı gözləyirlər