Milliləşən legioner qol vurdu - yığmamızda
30.10.2020 - 22:52
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, Bakıda təlim-məşq toplanışında olan yığmamız “Səbail”in 19 yaşlı futbolçulardan ibarət komandası ilə qarşılaşıb.
Görüş 1:1 hesablı heç-heçə başa çatıb. U-17-nin heyətində milliləşən legioner Ege Bilsel fərqlənib.
0
0