Bu gün futzal üzrə Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.
Apasport.az saytının məlumatına görə, DÇ-2020-nin elit-raunduna hazırlaşan yığmamız Özbəkistanla qarşılaşıb.
Bakı İdman Sarayında baş tutan görüşə qonaqlar fəal başlayıblar. Nəticədə 2 erkən qolla önə keçiblər. Millimiz ikinci hissədə iki dəfə toru silkələsə də, bu, heç-heçə üçün yetərli olmayıb. Çünki rəqib daha bir dəfə fərqlənərək, minimalhesablı qələbə qazanıb.
Qeyd edək ki, Azərbaycan və Özbəkistan komandaları arasında ikinci yoxlama görüşü sabah keçiriləcək.
Yoxlama oyunu
21 yanvar
20:00. Azərbaycan – Özbəkistan - 2:3
Oliveira Da Nascimento “Vassora”, 23:01; Eshagh Soorghali, 35:58 - Dilşod Rahmatov, 02:49; İxtiyar Ropiyev, 04:13; Əkbər Usmanov, 28:41
Hakimlər: Hikmət Qafarlı, Anar Fərəcov, Rahin Heybətov
Bakı İdman Sarayı
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək