Millimiz Türkiyədə qalib gəldi
25.01.2020 - 18:49
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti yoldaşlıq oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən millimiz Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Samir Əliyevin yetirmələri 2:0 hesablı qələbə qazanıb. U-19-un heyətində Camal Cəfərov və Elçin Qasımov fərqlənib.
Qeyd edək ki, bu komandalar arasında növbəti oyun yanvarın 27-də keçiriləcək.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0