Millimiz yerində sayacaq – FİFA reytinqində
16.12.2019 - 14:08
Millimiz yerində sayacaq – FİFA reytinqində

2019-cu ilin son FİFA reytinqi ilə bağlı ehtimallar cədvəli açıqlanıb.

Apasport.az saytının məlumatına görə, dekabrın 19-da dərc olunacaq siyahıda ciddi dəyişikliklər baş verməyəcək.

Buna hesabat dövründə milli komandaların iştirakı ilə keçirilən oyunlarının sayının azlığıdır. Azərbaycan yığmasının da mövqeyi dəyişməz qalacaq.

Xorvatiyalı baş məşqçi Nikola Yurçeviçlə yollarını ayıran komandamız da bu müddətdə heç bir matça çıxmayıb. Bu səbəbdən də millinin hesabında noyabrda olduğu kimi 1177 xal qalacaq. Yığma yenə dünyanın 114-cü komandası olacaq. Milli 113-cü olan Tailanddan bir xal geridə, ən yaxın izləyicisi Kosovodan 3 xal öndə yer alacaq.

Cədvəlin üst pillələrində də dəyişiklik gözlənilmir. Belçika 1765 xalla 1-ci, Fransa 1733 xalla 2-ci, Braziliya 1712 xalla 3-cü pillədəki yerini qoruyacaq. Qonşu Türkiyə millisi 1484 xalla yenə 29-cu olacaq.
 

0
FİFA reytinq Azərbaycan millisi