Millimizdə itki – Monteneqro ilə matçı buraxacaq
13.10.2020 - 20:06
Azərbaycan milli komandası itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, Millətlər Liqasının IV turunun Kiprlə Albaniyada keçirilən oyununda sarı vərəqə alan Anton Krivotsyuk cəzalı duruma düşüb.
Qarşılaşmanın 5-ci dəqiqəsində kobudluğu sarı vərəqə ilə dəyərləndirilən 22 yaşlı müdafiəçi turnirdə 2-ci xəbərdarlığını alıb. “Neftçi”nin üzvü V turda Monteneqro ilə keçiriləcək matçı buraxacaq.
Qeyd edək ki, C liqasının 1-ci qrupunda keçiriləcək Azərbaycan – Monteneqro matçı noyabrın 14-də baş tutacaq.
0
0