Millimizin baş məşqçisi hesabat verdi – federasiya prezidentinə
03.05.2021 - 12:38
Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov millinin baş məşqçisi Joze Alesio da Silva ilə görüşüb.
Apasport.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, görüşdə yığmanın Avropa çempionatının seçmə qrup mərhələsindəki çıxışı ilə bağlı baş məşqçinin hesabatı dinlənilib.
Həmçinin gələn il yanvarın 19-dan fevralın 6-dək Niderlandda təşkil olunacaq final mərhələsinə hazırlıq barədə fikir mübadiləsi aparılıb. Alesio Azərbaycan millisinə yaradılan şəraitə və ona göstərilən etimada görə təşəkkür edib.
0
0