Millimizin oyunlarının təqvimi açıqlandı – AVRO-2022-də
20.11.2020 - 08:57
Futzal üzrə Avropa çempionatının seçmə qrup mərhələsin təqvimi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin də oyunlarının günü bəlli olub.
III qrupda yer alan Joze Alesio da Silvanın kollektivi Slovakiya, Yunanıstan və Moldova ilə mübarizə aparacaq. Oyunlar 2021-ci ilin yanvar-aprel ayları aralığında baş tutacaq.
AVRO-2022-nin seçmə mərhələsi
III qrup
2021-ci il
29 yanvar
Azərbaycan - Slovakiya
2 fevral
Yunanıstan - Azərbaycan
4 mart
Azərbaycan - Moldova
9 mart
Moldova - Azərbaycan
8 aprel
Slovakiya - Azərbaycan
14 aprel
Azərbaycan - Yunanıstan
0
0
Azərbaycan millisi
futzal
AVRO-2022