Sabah Azərbaycan millisi ilə yoldaşlıq oyunu keçirəcək Latviya yığması itkilərlə üzləşib.
Apasport.az saytının məlumatına görə, bunu Baltikyanı ölkə təmsilçisinin baş məşqçisi Daynis Kazakeviçs açıqlayıb.
Təcrübəli mütəxəssis bildirib ki, komandanın bir neçə üzvü Maltadakı matçı buraxa bilər: “Eduars Emsis oyuna hazırlaşmır. O, Azərbaycanla matçda iştirak etməyəcək. Bizim daha 2-3 futbolçumuz var ki, sağlamlığı ilə bağlı problemlər yaşayır. Bu gün bir neçə oyunçu müayinə olunmalıdır. Zədə problemi start heyətində yer ala biləcək futbolçulardan da yan keçməyib. Bütün çətinliklərə baxmayaraq qarşılaşmanın hazırlığına köklənmişik”.
Qeyd edək ki, Azərbaycan – Malta oyunu Maltanın Ta Qali şəhərində keçiriləcək.