Millinin mərkəz müdafiəçisini heyətinə qatır - “Atalanta”
19.01.2021 - 11:11
İtaliyanın “Atalanta” klubu Bosniya və Herseqovina millisinin futbolçusu Anela Ahmedhodziçi transfer edir.
Apasport.az saytının məlumatına görə, Berqamo təmsilçisi İsveç “Malmö”sünün mərkəz müdafiəçisinin keçidi ilə bağlı danışıqlar aparır.
A seriyası klubu transferi bu qış gerçəkləşdirmək istəyir. “Atalanta” 21 yaşlı oyunçu ilə 2025-ci ilədək müqavilə imzalayacaq.
Qeyd edək ki, berqamolular bir müddət əvvəl heyətinə daha bir müdafiəçi Yoakim Mehleni qatıb.
0
0