Milliyə baş məşqçi gətirilir - Braziliyadan
20.11.2020 - 17:00
Milliyə baş məşqçi gətirilir - Braziliyadan

Xorxe Sampaoli Kolumbiya milli komandasının baş məşqçisi təyin oluna bilər.

Apasport.az saytının məlumatına görə, federasiya rəhbərliyi hazırda Braziliyanın “Atletiko Mineyro” klubunu çalışdıran mütəxəssislə danışıqlara başlayıb.

60 yaşlı çalışdırıcı A seriyası başa çatmadan klubdan ayrılmaq istəmədiyini bəyan edib. Sampaoli mövsümü çempion kimi bitirdikdən sonra Kolumbiya yığmasını çalışdırmaq istəyir. Onun müqaviləsi isə 2021-ci ilin sonunda başa çatacaq.

Qeyd edək ki, hazırda Kolumbiya yığmasını Nestor Lorenzo çalışdırır.
 

0