UEFA Millətlər Liqasında 2020/21 mövsümünün yeni təqvimi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, UEFA növbəti mövsümün oyunlarının cədvəlini açıqlayıb.
Qrup mərhələsinin matçları müvafiq olaraq 3/4/5 sentyabr, 6/7/8 sentyabr, 10/11 oktyabr, 13/14 oktyabr, 14/15 noyabr və 17/18 noyabrda baş tutacaq.
AVRO-2020-nin pley-off mərhələsinin oyunları 8 oktyabr və 12 noyabrda keçiriləcək.
Yığma komandalar üçün 2020-ci ildə iki yoldaşlıq görüşü imkanı yaradılıb. Millilər il ərzində yalnız 7/8 oktyabr və 11/12 noyabrda yoldaşlıq matçı keçirə bilərlər.
Qeyd edək ki, Azərbaycan yığması Millətlər Liqasında C Liqasının 1-ci qrupunda Kipr, Monteneqro və Lüksemburqla qarşılaşacaq.