Misir Futbol Federasiyası FİFA-dan izahat tələb etdi - Salaha görə
26.09.2019 - 14:41
Misir Futbol Federasiyası FİFA-dan izahat tələb etdi - Salaha görə

FİFA-nın ən yaxşı futbolçu mükafatı ətrafında yaranan qalmaqal böyüməkdə davam edir.

APA-nın məlumatına görə, səslərin hesablanması zamanı yaşanan saxtakarlıqlar Misir Futbol Federasiyasını da məsələyə müdaxiləsi ilə nəticələnib.

Qurum FİFA-ya məktub ünvanlayıb. Misirlilər bu ölkənin yığmasının lideri Məhəmməd Salaha verilən səslərin “yoxa çıxması” üçün izahat tələb edib.

Sudan millisinin baş məşqçisi Zdravko Luqaroşiç İngiltərə “Liverpul”unun futbolçusu olan M.Salahı 1-ci yerdə göstərib. FİFA isə həmin xalları Lionel Messiyə hesablayıb.

Qeyd edək ki, Nikaraqua millisinin futbolçusu Xuan Barrera da ardıcıl 6-cı dəfə ən yaxşı seçilən L.Messiyə səs vermədiyini iddia etsə də, FİFA bunun əksini sübuta yetirib.