Millətlər Liqasının qrup mərhələsində sabah Azərbaycan yığmasını qəbul edəcək Monteneqronun heyətində növbəti dəyişiklik edilib.
Apasport.az saytının məlumatına görə, baş məşqçi Faruk Hadzibeqiç daha 2 futbolçunu matçın iştirak ərizəsindən çıxarıb.
Bunu 63 yaşlı mütəxəssis bugünkü mətbuat konfransında deyib. O, müdafiəçi Vladan Adziç və Vasko Kaleziçin klublarına qayıtdığını bildirib. Hadzibeqiç bu addımı atmağına səbəb kimi, onların mövqeyində hazırda başqa futbolçuların üstün olmalarını göstərib”.
Qeyd edək ki, sabah Podqoritsada keçiriləcək Monteneqro – Azərbaycan matçı Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
- “Roma” “Fənərbaxça” oyununa xüsusi forma ilə çıxacaq – Nepala yardım üçün
- "Mançester Yunayted" - "Sabah" matçı bu kanalda - TV AFİŞA
- Osimhen yoxdursa, qələbə də yoxdur – “Qalatasaray”ın Avropadakı uğursuz seriyası
- “Tottenhem”ə ciddi itki: MUDRİK ZƏDƏLƏNDİ
- Lamin Yamal Mbappenin rekordunu qırdı – Çempionlar Liqasında tarix yazdı