Fransada koronavirus pandemiyası üzündən dayandırılan futbol mövsümünün bərpası ilə bağlı planlar müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, bunu Fransa Futbol Federasiyasının prezident Noel Le Qre açıqlayıb.
O bildirib ki, mövsümün bərpası iki final oyunu ilə başlayacaq. Söhbət ölkə kuboku və Liqa kubokunun final matçlarından gedir.
Bu oyunlardan biri iyunun 13-də və ya 20-də, digəri isə 3 gün sonra baş tutacaq. Hər iki görüşün iştirakçısı olan PSJ ölkə kubokunda “Sent-Etyenn”, Liqa kubokunda “Lion”u sınağa çəkəcək.
Qeyd edək ki, Liqa1-in bərpası finallardan sonraya planlaşdırılır.