“Yuventus”un hücumçusu Kriştianu Ronaldo komandanın məşqini buraxıb.
Apasport.az saytının məlumatına görə, buna səbəb portuqaliyalı superulduzun “Ferrari”nin zavodunu ziyarət etməsi olub.
“Qoca sinyora” A seriyasının XXXVI turu çərçivəsində sabah “Sassuolo” ilə keçiriləcək səfər matçına hazırlaşsa da, 36 yaşlı forvard “Milan”la (0:3) qarşılaşmadan sonra bərpa məşqlərinə qatılmayıb. O bunun əvəzinə klub prezidenti Andrea Anyelli və direktorlar şurasının sədri Con Elkannla birlikdə “Ferrari” zavodunda olub, özünə yeni avtomobil alıb. CR7 həmçinin “Formula-1”in bir neçə pilotu ilə də görüşüb.
Qeyd edək ki, sona 3 tur qalmış A seriyasında 5-ci pillədə qərarlaşan “Yuventus” Çempionlar Liqasından kənarda qala bilər.