Nəhənglərin arzusunu gözündə qoydu - “Vulverhempton”
22.10.2020 - 14:43
İngiltərənin “Vulverhempton” klubunun müdafiəçisi Maks Kilmenin taleyinə aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, Premyer Liqa nəhənglərinin diqqət mərkəzində olan 23 yaşlı futbolçu komandasında qalmaq qərarına gəlib.
2018-ci ilə qədər futzal üzrə İngiltərə yığmasının formasını geyinmiş mərkəz müdafiəçisi klubu ilə müqavilə müddətini 2025-ci ilin yayına qədər uzadıb.
Qeyd edək ki, cari mövsüm 2 oyunda meydana çıxan Maks Kilmenin aktivində 1 məhsuldar ötürmə var.
0
0