Nəhənglərinin maraqlandığı türk
27.10.2021 - 23:03
“Lill” klubunun müdafiəçisi Zeki Çelik Avropanın aparıcı klublarının maraq dairəsindədir.
Apasport.az saytının məlumatına görə, Türkiyə millisinin üzvü artıq 4 klubdan konkret təklif alıb.
“Atletiko”, “Tottenhem”, “Fiorentina” və “İnter” müdafiənin sağ cinahını 24 yaşlı oyunçu ilə gücləndirməyə çalışır. Adıçəkilən klublar “Lill” rəhbərliyi ilə də təmasa keçib. Fransızlar isə onu 20 milyon avroya satmağa razı olacağını çatdırıb.
Qeyd edək ki, müqavilə müddəti 2023-cü ilin yayına qədər olan Zeki Çelik bu mövsüm 11 oyunda meydana çıxıb.
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
- Bir dövrün sonu - MESSİ MİLLİDƏKİ KARYERASINI BAŞA VURDU
0
0