Nyonda AVRO-2020 ilə bağlı görüş keçirilir
01.10.2019 - 17:15
AVRO-2020-nin oyunlarına ev sahibliyi edəcək 12 şəhərdə fəaliyyət göstərən işçi qrupların iştirakı ilə görüş keçirilir.
APA-nın məlumatına görə, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunub.
Görüşdə AVRO-2020-nin Bakıda keçiriləcək 4 oyununun hazırlığı ilə məşğul olan Əməliyyat Qrupunun üzvləri də iştirak edir. Bu gün başlayan tədbir sabah – oktyabrın 2-də yekunlaşacaq.
0
0