Oliver Kandan müqavilə açıqlaması
18.04.2022 - 00:23
Oliver Kandan müqavilə açıqlaması

“Bavariya” Tomas Müllerlə müqavilənin uzadacaq.

Apasport.az saytının məlumatına görə, bunu klubun İdarə Heyətinin rəhbəri Oliver Kan açıqlayıb.

O bildirib ki, tərəflər arasında razılıq əldə olunub. Kan yeni müqavilənin elan olunacağını da bildirib: “Əminəm ki, yaxın müddətdə yeni müqaviləni açıqlayacağıq”.

Qeyd edək ki, 32 yaşlı futbolçunun müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.