PSJ Di Mariyaya əvəzedici tapdı
05.03.2022 - 14:47
PSJ Di Mariyaya əvəzedici tapdı

PSJ heyətini gəncləşdirməyə qərar verib.

Apasport.az saytının məlumatına görə, Fransa klubu təcrübəli futbolçularından biri ilə vidalaşmağa da hazırdır.

Klub rəhbərliyi Anxel di Mariya ilə müqaviləni uzatmaya bilər. Parislilər bu məsələdə tərəddüd içindədir. Müqavilənin bəndlərinə əsasən klub anlaşmanı daha bir il uzada da bilər.

Fransalılar argentinalının gedişindən sonra almağa yeni oyunçu da tapıb. “Lion”dan Lukas Paketanın transferi nəzərdə tutulub. Braziliyalının 24 yaşının olması parislilərə cəlbedici görünür.