PSJ kapitanı ilə yeni müqavilə bağlayır
05.03.2022 - 22:56
PSJ kapitanı Markinyoşla yeni müqavilə imzalamağa hazırlaşır.
Apasport.az saytının məlumatına görə, bunu Braziliya millisinin müdafiəçisi özü də təsdiqləyib.
O, karyerasının sonuna qədər Paris klubunda qalmaq istədiyini söyləyib: “PSJ mənim gələcəyimdir. İdman direktorumuz Leonardo da bunu bilir. Yeni müqavilə ilə bağlı danışıqlar müsbət yöndə davam edir. Tezliklə məsələ rəsmiləşəcək”.
Qeyd edək ki, 2013-cü ildən PSJ-də çıxış edən 28 yaşlı mərkəz müdafiəçisinin hazırkı müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.
0
0