PSJ-nin Neymar narahatlığı
14.03.2022 - 00:43
PSJ braziliyalı hücumçusu Neymar üçün təkliflərə açıqdır.
Apasport.az saytının məlumatına görə, 30 yaşlı braziliyalıya sərfəli təklif gəlsə, parislilər onu saxlamayacaq.
Ancaq fransızlar Neymarın maliyyə tələbləri səbəbindən potensial namizədlərin geri çəkilməsindən narahatdır. Çempionlar Liqasındakı fiaskodan sonra rəhbərlik klubun inkişaf layihəsini yenidən formalaşdırmaq niyyətindədir. Bu baxımdan “sambaçı”nın gedişi istisna edilmir.
Qeyd edək ki, Neymarın PSJ ilə sözləşməsi 2025-ci ilin yayına qədərdir.
0
0