“Qarabağ” heyətini daha bir legionerlə gücləndirmək niyyətindədir.
Apasport.az saytının məlumatına görə, ön xətt üçün oyunçu axtarışında olan Ağdam klubuna təklif edilən daha bir futbolçunun adı müəyyənləşib.
Menecerlər Qurban Qurbanova fransalı hücumçu Raşad Muhammedin xidmətlərini təklif edib. 28 yaşlı vinger hazırda Norveçdə “Sarpsborq”un formasını geyinir.
PSJ-nin yetirməsi olan Raşad Paris klubunda heyətə düşmək şansı olmadığından peşəkar karyerasına Belçikada başlamalı olub. O, bu ölkədə “Eppegen” və “Namur”un şərəfini qoruyub.
Agentlər, zədələr və maaşların verilməməsi kimi çoxsaylı problemlərlə üzləşən Muhammed karyerasını erkən bitirməyə qərar verib. 22 yaşında belə addım atan futbolçu bir illik fasilədən sonra yenidən karyerasını bərpa edib.
O, Norveçə üz tutaraq öncə “Floro”, ardınca “Sarpsborq”un şərəfini qoruyub. 2019-cu ilin əvvəlində Türkiyə təmsilçisi “Ərzurum BB”yə keçən Raşad 2 il ərzində əvvəl Superliqa, sonra 1-ci liqada oynayıb. Hücumçu 2021-ci ildən yenidən “Sarpsborq”a qayıdıb.
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
- Bir dövrün sonu - MESSİ MİLLİDƏKİ KARYERASINI BAŞA VURDU