PSJ-nin seriyalarına son
01.02.2022 - 10:34
PSJ-nin Fransa kubokundakı uğurlu seriyaları qırılıb.
Apasport.az saytının məlumatına görə, buna “Nitsa” ilə 1/8 final oyunu səbəb olub.
Qolsuz başa çatan görüşün penaltilər seriyasında 5:6 hesabı ilə uduzan paytaxt klubu 11 ildən sonra kubok matçını qolsuz tərk edib. PSJ sonuncu dəfə 2011-ci ildə “Lill”ə qarşı final matçında qol həsrəti yaşayıb – 0:1.
Parislilər 2014-cü ildən sonra ilk dəfə finalda oynamayacaq. Son 7 finalın iştirakçısı bu müddətdə 6 dəfə kuboka yiyələnib.
Qeyd edək ki, “Nitsa” 1/4 finalda “Marsel”lə görüşəcək.
0
0